Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


26.01.2023  21:44 

13 gəncin 1 milyon manata yaxın vergi borcu yaranıb





A+  A-

Bakıda bir məhəllədə yaşayan 13 gəncin 1 milyon manata yaxın vergi borcu yaranıb.

XəzərNews.az “Xezerxeber.az”a istinadən xəbər verir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər adlanan ərazidə yerləşən məhəllənin gəncləri dələduzların qurbanı olduqlarını iddia edirlər.

Onlar 20-30 manat qarşılığında bir neçə sənədə imza atmaqla üzərlərinə külli miqdarda vergi borcu yığıblar. Beləliklə, gənclərin adına 902 min manatdan çox borc gəlib.

Elçin Musayev adlı gənc iddia edir ki, adına 5 şirkət və 228 min manat borc var.

Gənclər aldadıldıqlarını 1 il sonra ünvanlarına gələn məktub sayəsində öyrəniblər.

Onları bu işə yönəldən isə Cəlil Hüseynzadə adlı gənc olub. Lakin o, özü də dələduzların qurbanı olub.

Günahlandırılan şəxs Elnur Şahgəldiyev isə sadəcə vasitəçi olduğunu bildirib. Onun sözlərinə görə, nə pul verib sənəd imzalayanları tanıyır, nə də pul alıb sənəd imzalatdıranları.

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, məsələ ilə əlaqədar gənclərin müraciəti qeydə alınıb və hazırda araşdırma aparılır.

Xəbər 1045 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +