Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


27.12.2022  14:02 

Sumqayıtda şirkət evləri sökür, sakinlər çıxmır - VİDEO





A+  A-

Sumqayıtın 20 Yanvar küçəsi, 16-cı məhəllə ev 9/28 ünvanında yaşayan beş ailə ərazidə tikinti işləri aparan şirkətlə razılığa gələ bilmir. Şirkət sözügedən ünvanda inşa ediləcək binadan mənzil və ya kompensasiya təklif etsə də, şərtlər sakinləri qane etmir.

Sakinlər deyirlər ki, "Ayta LTD" şirkəti onlarla yekun razılığa gəlməsə də, aldığı digər mənzillərin içərisində söküntü işləri aparır.

Üz tutduq binanın yaxınlığında yerləşən tikinti şirkətinə. Şirkətdən şifahi olaraq bildirildi ki, yaşayış üçün yararsız evlər qanuni şəkildə sökülür. Qeyd olunub ki, “Ayta LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin istismar müddəti başa çatan, qəzalı vəziyyətdə olan yaşayış üçün təhlükəli olan binaların sökülməsinə rəsmi qurumlardan icazəsi var və bütün işlər pilot layihə çərçivəsində aparılır. Vurğulanıb ki, sözügedən binada 7 sakinlə razılaşma olsa da, orada yaşan 5 ailə ilə razılığa gələ bilməyiblər.

Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev isə bildirir ki, kompensasiya ödənilərkən vurulan zərər və bazar qiymətləri nəzərə alınmalıdır.

Hüquqşünas onu da bildirdi ki, hazırkı vəziyyətdə sakinlərin qaneedici məbləğdə kompensasiya ala bilmək üçün məhkəməyə müraciət etmək hüququ var.



Xəbər 1037 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +