“RR Construction” vətəndaşın evini söküb - Video
“VMR Estetik“in qurbanı: Ayağımdakı deşikdən 10 aydır irin axır
Səfərbərlik Xidmətinin idarə rəisi həbs edilib
Prezident İlham Əliyev və xanımı Çində
Ermənistan müxalifəti Azərbaycanla sülhə qarşı çıxır?
Peskov: “Rusiya ABŞ ilə əlaqələri davam etdirir“
İsveçrə Rusiyanın 8 media orqanına sanksiya tətbiq edib
Yelena Ukraynanın birinci xanımı olmağa hazır deyil
Qaynından əxlaqsız mesajlar aldı, ərinə göstərdi
Ölkənin ən işıqlı gəncini ölümə necə sürüklədilər?


14.01.2019  21:08 

Azərbaycanda 3 dövlət qurumu ləğv edilir, 6-sı yenidən təşkil olunur





A+  A-

Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
XəzərNews.az xəbər verir ki, fərmanın imzalanmasında məqsəd Azərbaycan Respublikasında dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsidir.

Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilir. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilir, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilir və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilir.

Fərmanda müvafiq qurumlara bir sıra tapşırıqlar verilib.

Xəbər 1323 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq

22.04.2025  11:14 

Naziri restoranda qarət etdilər

22.04.2025  10:43 

Kolleclərə yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +