İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı
Zaur Kərimov AQTA-dan getdi - İstefa
Bu bankdan 150 milyon manata yaxın depozit geri çəkilib


04.07.2017  22:48 

“Moyka”dan maşın qaçırıb qəza törətdi, tutuldu





A+  A-

Bakıda avtoyuma məntəqəsindən qaçırdığı maşınla qəza törədən şəxs yaxalanıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İyunun 3-də gecə saat 1 radələrində Nərimanov Rayon Polis İdarəsinə paytaxt sakini Vahid Əhmədovun avtomobillə vurularaq xəsarət alması barədə yerləşdirildiyi xəstəxanadan məlumat daxil olub. Dərhal araşdırmalara başlayan əməliyyat qrupu xəstəxanaya yollanıb. Yaralının vəziyyəti ağır olduğundan ondan heç bir məlumat almaq mümkün olmayıb.

Polis əməkdaşları yol nəqliyyat hadisəsinin F.Xoyski küçəsində "VAZ-2106" markalı avtomobillə törədilməsini müəyyən ediblər. Nərimanov RPİ-nin Cinayət-axtarışı şöbəsi və 18-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa vaxtda həmin avtomobilin sahibi - Bakı şəhər sakini Seymur Nəcəfov müəyyən edilərək Polis İdarəsinə dəvət edilib.

O, öz ifadəsində sahibi olduğu maşını bir qədər əvvəl yumaq üçün avtoyuma məntəqəsində işləyən Valeh adlı şəxsə etibar etdiyini bildirib.

Görülmüş tədbirlərlə həmin şəxsin ünvanı dəqiqləşdirilib və o, saxlanılaraq şübhəli şəxs qismində Polis İdarəsinə gətirilib. Onun Bakı şəhər sakini Valeh Rəhmanov olması müəyyən edilib. Ətrafında aparılan tədbirlərlə həmin maşını idarə etdiyi zaman yol-nəqliyyat hadisəsini törətməsi və hadisə yerindən uzaqlaşması, maşını isə Nəsimi rayonu ərazisində sahibsiz vəziyyətdə ataraq qaçdığı aşkar edilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Xəbər 1617 dəfə oxunub.



22.04.2025  13:58 

Nazir səfirlə görüşdü


BÜTÜN XƏBƏRLƏR +