İran Prezidenti Azərbaycana dəvət olundu
Bakıda böyük söküntü BAŞLAYIR
Zelenski Marko Rubionu Ukraynaya çağırdı
Poltavada ölənlərin sayı 14 nəfərə çatıb
Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir


22.02.2019  10:08 

“Neolit”dəki hadisəyə görə terrorçu həbs edildi





A+  A-

Moskvada “Neolit” kafesində bir qrup çeçen və azərbaycanlı arasında baş verən münaqişə ilə bağlı işdə gözlənilməz dönüş baş verib. Kütləvi davadan az sonra öldürülən 52 yaşlı azərbaycanlı avtoritet Qərib Orucovun qətlində terrorçu Lors Xamiyev ittiham edilib.
XəzərNews.az xəbər verir ki, bu barədə “Moskovskiy komsomolets” hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb. Lors Xamiyev ümumilikdə saxlanılan beş nəfərdən biridir. 35 yaşlı Xamiyev cinayətkar dəstənin keçmiş iştirakçılarındandır, Çeçenistan lideri Ramzan Kadırova qarşı sui-qəsd təşkil etdiyi üçün həbs yatıb.

Xamiyev və daha bir çeçenli Həmid Cəbrayılova “milli və ya dini ədavət zəminində bir qrup şəxs tərəfindən törədilən qətl” maddəsi üzrə ittiham irəli sürülüb və fevralın 19-da Kuzminski məhkəməsi onları həbs edib.

Digər saxlanılan 3 nəfərin taleyi isə bu günlərdə həll olunacaq. Məhkəmə onlar barəsindəki həbs qətimkan tədbirini 72 saata qədər uzadıb. Mənbənin sözlərinə görə, hər üç şübhəli artıq “yalan detektoru”ndan keçib və istintaq onların təsadüfən həmin olayın mərkəzinə düşdükləri qənaətinə gəlib.

İstintaq şübhə etmir ki, Səmərqənd bulvarında baş verən qətllə “Neolit” kafesindəki münaqişə eyni zəncirin halqalarıdır.

Nəşr yazır ki, Çeçenistan vətəndaşı olan Lors Xamiyev 2007-ci ilin mayında terrorçuluq, silah saxlama, həmçinin Ramzan Kadırova qarşı sui-qəsd hazırlamaqda ittiham olunaraq saxlanılıb və haqqında 8 il həbs qərarı verilib. Lakin 2015-ci ildə erkən azadlığa buraxılıb.

Xəbər 1456 dəfə oxunub.




02.02.2025  20:34 

Bakıda böyük söküntü BAŞLAYIR

02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +