İran Prezidenti Azərbaycana dəvət olundu
Bakıda böyük söküntü BAŞLAYIR
Zelenski Marko Rubionu Ukraynaya çağırdı
Poltavada ölənlərin sayı 14 nəfərə çatıb
Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir


28.10.2024  16:04 

Ərdoğanın BMT-dəki çıxışı kitab şəklində çap olundu





A+  A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın insanlıq adına bütün dünyaya mühüm çağırışlar etdiyi Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasındakı çıxışı Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən kitab şəklində çap olunub.

Xəzərnews.az News365.az-a istinadən xəbər verir ki, türk, ingilis və ərəb dillərində hazırlanan bu kitab Prezident Rəcəb Tayyib Ərdoğanın vicdanları sızladan məsələlərlə bağlı dünyaya və beynəlxalq ictimaiyyətə müraciətini və həll təkliflərini gələcək nəsillərə bələdçi kimi təqdim etməyi hədəfləyir.

Prezident Rəcəb Tayyib Ərdoğan “Daha ədalətli bir dünya mümkündür” şüarı ilə həqiqətləri dilə gətirdiyi çıxışı zamanı Qəzzada törədilən qətliamla yanaşı bir çox ölkənin ifadə etməkdən çəkindiyi bir çoxunun isə sadəcə səssiz qaldığı problemlər xatırladılıb.

Kitabda Qəzzada yaşanan insanlıq faciəsinin fotoşəkilləri ilə yanaşı Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı Fələstin xalqına qarşı zülmün davam etdiyi müddət ərzində Yaxın Şərqdə daimi sülh və sabitliyin əldə edilməsinin mümkün olmadığı bildirilib. Həmçinin dərhal daimi atəşkəsin təmin edilməsi, girov-əsir mübadiləsinin həyata keçirilməsi, humanitar yardımların maneəsiz və fasiləsiz şəkildə Qəzzaya çatdırılmasının vacibliyini vurğuladığı qeyd edilir.

Eyni zamanda kitabda Prezident Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında çıxışı zamanı “Şimali Kipr Türk Cümhuriyyətinin rəsmi şəkildə tanınması, terror təşkilatları arasında ayrıseçkiliyin edilməyəcəyi, Qarabağın Azərbaycan ərazisi olması həqiqəti,

Sudandakı qarşıdurmaların sona çatması üçün daha çox səylərin göstərilməsinin vacibliyi, Türkiyənin Afrika ilə həmrəy olmağa davam edəcəyi, Türk dövlətləri ilə əlaqələri və əməkdaşlığı daha da gücləndirəcəyi, davamlı inkişaf hədəflərinə çatmaq üçün Türkiyənin verdiyi töhfələri və təklifləri, islamofobiya ilə mübarizədə atılacaq addımlar, ailə instituna qarşı edilən hücumlara və cinsiyyətsizləşdirmə təbliğatlarına qarşı Türkiyənin mübarizəsindəki qətiyyəti” kimi mövzularda səsləndirdiyi fikirləri geniş bir şəkildə yer alır.

Kitabda Prezident Rəcəb Tayyib Ərdoğanın BMT tribunasından tarixi müraciətində “Dünya 5-dən böyükdür” ifadəsi ilə beynəlxalq sülh və təhlükəsizliyin yalnız beş ölkənin qərarlarına buraxılmaması vurğulanır.

Kitab qlobal sülhə töhfə verməyi hədəfləyən Prezident Rəcəb Tayyib Ərdoğanın bu mesajlarını gələcəyə daşımaq üçün atılan mühüm addım olaraq önə çıxarır.





Xəbər 5204 dəfə oxunub.




02.02.2025  20:34 

Bakıda böyük söküntü BAŞLAYIR

02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +