Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


04.07.2019  11:56 

“Nar” gənc şahmatçılara dəstək olur





A+  A-

Uşaqların məntiqi təfəkkürünün inkişafına töhfə vermək məqsədilə, “Nar”, 2-10 iyul tarixlərində Bakıda baş tutan Şahmat üzrə Bakı yay festivalı çərçivəsində keçiriləcək uşaq turnirinə dəstək olur. Qeyd edək ki, uşaq turnirinə 74 şahmatçı qeydiyyata alınıb. 7 tur isveçrə sistemi üzrə yarışın nəticələrinə görə qaliblər həm pul mükafatı, həm də “Nar”-dan xüsusi mükafatlar qazanacaqlar.
XəzərNews.az xəbər verir ki, festivalda şahmatçılar 5 müxtəlif turnirdə mübarizə aparacaqlar. "Bakı yay festivalı" çərçivəsində Azərbaycanda ilk dəfə Beynəlxalq qrossmeyster və beynəlxalq usta normalı paralel yarışlar da keçiriləcək. Yarışda 14 Azərbaycan və Gürcüstan, Iran, Türkiyə, Rusiya, İraq ve Belarusiyadan da daxil olmaqla, 10 xarici şahmatçı iştirak edəcək. Start siyahıda 6 qrossmeyster, 4 Beynəlxalq usta və 9 FİDE ustası yer alıb.

“Nar” gənclərə və idmana yönəlik korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq, müxtəlif sosial layihələr həyata keçirir. “Nar”-ın KSM strategiyası haqqında daha ətraflı www.nar.az saytından əldə edə bilərsiniz.

Xəbər 1413 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +