Azərbaycanlı iş adamından Messiyə bahalı hədiyyə...
Taksi sürücülərinin Bakı tətili ləğv edildi
“Qurd Qapısı” restoranı bağlandı
“Toplum TV” işi üzrə məhkəmə başlayıb
Prezident sülh şərtlərini açıqladı
Starlink Azərbaycanda nəyi dəyişəcək?
Ukrayna işğal olunmuş ərazilərdən iki uşağı qaytardı
50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti


28.12.2022  17:06 

Rza Talıbov Röyaya villa bağışlayıb...





A+  A-

Müğənni Röya Ayxan Naxçıvanda konsert verir, bundan əvvəl isə Bakıda ona 8 milyon manat dəyəri olan ağ saray bağışlanıb.

XəzərNews.az Yeni Müsavat-a istinadən xəbər verir ki, Bakı-Buzovna yolunda, Zaqulba prospektində yerləşən ağ saray 20 sot torpaqda inşa olunub. İçində 3 yataq otağı olan ağ sarayın həyətində 180 ton su tutumu olan hovuzu və qulluqçular üçün ayrıca ev də var. Şağan City elit yaşayış kompleksinin yaxınlığında yerləşən ağ saraya Röya Ayxana Vasif Talıbovun oğlu Rza Talıbovun inşa etdirib bağışladığı da bildirilir.

Röya Ayxan Naxçıvanda 2019-cu ilin avqustunda konsert verib. Bu konsertin təşəbbüskarının da Rza Talıbovun olduğu bildirilir. O zaman Röya Ayxanın Naxçıvandakı konserti haqda “Yeni Sabah” xəbər yaymışdı. Sayt yazırdı ki, konsert Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun ailə biznesinə daxil olan “Saat Meydanı” turistik istirahət mərkəzində keçirilib.

Sayt xüsüsi olaraq qeyd edirdi ki, Röya Ayxan vaxtilə Vasif Talıbovun oğlu Rza Talıbovun sevgilisi olub.

Rza Talıbovun müğənniyə bağışladığı iddia olunan ağ sarayla bağlı müzakirələr efirlərdə (https://www.youtube.com/watch?v=7Aa-491JPXM ) də müzakirə olunub.

Belə ki, “Həmin Zaur” verlişində aparılan müzakirədə bir villa fotosu sərgilənib. Verlişdə qonaq olan şairə Nazilə Səfərli Röya Ayxanın Buzovnada tikilən bağ evindən danışıb. Verlişdə Nazilə Səfərli bu sözləri deyib: “Adamın evini göstərməklə nə olur ki... Mən Röya Ayxanın darvazasını çəkmişdim. Maşallah, mənim evim də balaca deyil. Gözüm yoxdur ki, xalqın evini görməmiş kimi çəkim. Mənim evim Novxanıdadır. Mərtəbəmiz eynidir, mənim evimə nə olub... Mən onu paparazzi kimi çəkməmişəm. Həyətdə iki ev var idi, biri yəqin ki, gözətçilər üçündür”.

Hazırda Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri olan Rza Talıbov Vasif Talıbovun iki oğlundan biridir. 40 yaşlı Rza Talıbovun vikipediyakı məlumatlarında Naxçıvanda rus məktəbini bitirdiyi xüsusi vurğulanır, onun 3 övlad atası olduğu qeyd olunur. Onun qardaşı Seymur Talıbov ataları Naxçıvan Ali Məclisini sədri olduğu müddətdə Naxçıvan Dövlət Universitetinin prorektoru idi. Hazırda Seymur Talıbovla Vasif Talıbov Naxçıvandakı qəsrlərindən sovetdən qalma, dəyəri Röya Ayxana bağışlanan ağ saraydakı qaravulçu evindən də ucuz evlərinə köçürülüblər.

Rza Talıbov isə Bakıda qalıb, “atamın işlərinə qarışmıram” şəkilində açıqlamalar verməklə gün keçirir.



Xəbər 976 dəfə oxunub.




02.04.2025  17:07 

Xatirənin bu geyimi tənqid olundu

02.04.2025  13:53 

Cavidşünaslıqda yeni mərhələ

02.04.2025  13:21 

Bakının sabahkı havası - Proqnoz

02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +