Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı
Zaur Kərimov AQTA-dan getdi - İstefa
Bu bankdan 150 milyon manata yaxın depozit geri çəkilib
Baş Notarius vəzifəsindən uzaqlaşdırıldı
Ruslar avtobusu dronla vurdu... - 9 nəfər ölüb
Strateji əməkdaşlığa dair Birgə Bəyanat imzalandı
Gömrükdən büdcəyə daxil olan vəsaitlər niyə azalır?
Kartlardan 21 min manatdan çox vəsait oğurlandı
Xətai, Sabunçu, Suraxanı... - Söküntü aparılacaq ünvanlar açıqlandı


17.05.2020  15:43 

Sabahın havası açıqlandı





A+  A-

Azərbaycanda mayın 18-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, mayın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər duman olacaq, arabir güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 18-20, Bakıda gecə 9-11, gündüz 18-20 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 768 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 18-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

Xəbər 1401 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +