Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


12.09.2021  13:45 

Kürdə suyun səviyyəsi azalıb





A+  A-

Sentyabrın 12-də Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsində 2 santimetr artım, Kürəkçay-Çaykənd, Gəncəçay-Zurnabad və Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidor məntəqələrində isə dəyişiklik qeydə alınmayıb. Təngərüdçay-Vaqo məntəqəsində 9, Viləşçay-Şıxlarda 4, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində isə suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 8 santimetr azalıb. Hazırda məntəqədə su sərfi 102 kubmetr/saniyə qeydə alınır ki, bu da ongünlük normanın 73 faizini təşkil edir.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 33,5 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 37 faizini təşkil edir.

Kür-Surra məntəqəsində suyun səviyyəsi 5 santimetr artaraq 293 santimetr, su sərfi isə 66,5 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 4 santimetr azalaraq 125, Kür-Bankədə 10 santimetr azalaraq 108, Araz-Novruzluda isə 2 santimetr artaraq 57 santimetr təşkil edir.

Xəbər 2150 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +