Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


12.09.2019  10:32 

“Ailəm, nəslim təhqirə məruz qalır....” - Mirşahin





A+  A-

Ötən gün siyasi partiyaların iştirakıyla uzun illərdən sonra baş tutan müzakirə bir sıra maraqlı məqamlarla yadda qalıb.
XəzərNews.az xəbər verir ki, dəyirmi masada qarşılıqlı ittihamlar, ayrı-ayrı şəxslərə atmacalar atılıb. Belə atmacalardan biri də REAL TV-nin rəhbəri Mirşahin Ağayevlə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu arasında baş verib. Belə ki, tədbirdə çıxış edən M. Ağayev Azərbaycana xaricdən aparılan kampaniyanın adını terror elan etdiyini vurğulayıb:

“Burada həm siyasi, həm də mənəvi terror var. Onun qurbanlarından biri kimi burada rahat danışa bilirəm. Mənim ailəmin, mənsub olduğum nəslin necə təhqir edildiyini bilirsiniz. Təəssüf edirəm ki, bizim mühacirlərin idealı da yoxdur. Onlar öndər olaraq akademik Cəlal Əliyevi seçiblər. Mən dövlət müstəqilliyinin tərəfindəyəm”. Bu zaman Sərdar Cəlaloğlu Ağayevin çıxışına müdaxilə edib. TV rəhbəri isə ondan sözünü kəsməməyini istəyib. “Siz sözümü yalnız o halda kəsə bilərsiniz ki, Qurban Məmmədovun sözünü kəsin”-deyə ona cavab verib. Bu zaman partiya sədri “Allah Cəlal Əliyevə rəhmət eləsin” ifadəsini işlədib.



Xəbər 1644 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +