Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


29.01.2018  18:14 

Zakir Həsənov cəbhəyə getdi





A+  A-

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.
Müdafiə Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən ön xətt bölmələrində olan Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.

Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazirə əməliyyat şəraiti barədə məruzələr edilib.

Bildirilib ki, burada yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub.

Dövlət başçısının Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsinə əminliyini ifadə edən Müdafiə naziri hərbi qulluqçuların döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Cəbhə bölgəsində yeni inşa edilən bölmələrdən birinin açılışını edən müdafiə naziri burada yaradılmış şəraitlə tanış olub, şəxsi heyətlə söhbət aparıb və nahar edib.

Xəbər 1407 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +