Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


29.03.2017  10:56 

Agentlik avtobus zolaqları ilə bağlı hərəkətə keçdi





A+  A-

Bakı Nəqliyyat Agentliyi (BNA) bütün hərəkət iştirakçılarının bu zolaqlardan istifadə qaydalarına düzgün əməl etmələri ilə bağlı maarifləndirmə tədbirlərinə başlayıb.
BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin verdiyi məlumata görə, mart ayının 28-dən başlayaraq “Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqlar” mövzusunda təlim keçirilib. Təlimdə paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərin məsul nümayəndələri iştirak edib. Yol təhlükəsizliyi məsələləri üzrə ekspert tərəfindən onlara ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təyinatı, əhəmiyyəti, hərəkət rejimi, avtobusların bu zolaqlarda hərəkət xüsusiyyətləri izah edilib.

Bununla yanaşı, təlimdə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkətinə yol verilən hallar, avtobusların bu zolaqda dayanacaq məntəqəsinə daxil olması və oradan yola düşməsi, hərəkət zolaqlarında hərəkət rejimini pozmanın məsuliyyəti kimi vacib məqamlar barədə də ətraflı məlumat verilib. Bu zolaqlarda da yol hərəkətinin bütün qaydalarına riayət edilməsinin zəruriliyi, avtobusun lüzumsuz yerə bu zolaqdan kənara çıxarılmasının yol verilməz olduğu və hər bir avtobus sürücüsünün bu tələbə əməl etməsinin vacibliyi bir daha daşıyıcı şirkətlərin məsul şəxslərinin diqqətinə çatdırılıb. Təlimdə müntəzəm sərnişindaşımaya aid qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən daşıyıcıların hüquq və vəzifələri də müzakirə edilib.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin paytaxtın nəqliyyat sisteminə gətirdiyi bu yenilik sərnişin avtobuslarının təhlükəsiz və fasiləsiz hərəkətinə imkan verəcək. Bu isə ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması baxımından olduqca vacib amildir. Artıq paytaxtın M.Füzuli (Qış parkı boyunca) və Yusif Səfərov (Heydər Əliyev prospekti istiqamətində) küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolağı təşkil edilib, müvafiq nişanlanma işləri aparılıb.

(modern.az)

Xəbər 1562 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +