Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


17.03.2017  12:14 

Bakıda avtobuslar 2 gün pulsuz işləyəcək





A+  A-

Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəsinə sadiq qalaraq bu il də Novruz bayramı şənliklərinin İçərişəhərdə təntənəli keçirilməsini nəzərdə tutub.
XəzərNews.az bildirir ki, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən "Qaynar"a verilən xəbərə görə, martın 19-dan 26-dək İçərişəhərdə, Qoşa Qala qapısı meydanında keçiriləcək "Bahar Qalası” adlı festivalda Novruz bayramını qeyd edən ölkələrin (İran, Türkiyə, Rusiya, Qazaxıstan, Hindistan, Əfqanıstan, Özbəkistan, Gürcüstan və Tacikistan) nümayəndələrinin iştirakı nəzərdə tutulub. Festival günlərində "Qoşa qala qapısı" meydanında "Meydan bazarı” təşkil olunacaq.

Yerli və xarici ölkə nümayəndələrinin iştirak edəcəyi "Meydan bazarı”nda hər bir ölkənin mədəniyyətini əks etdirən milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərləri, milli zərgərlik və taxtaoyma sənəti nümunələrinin sərgi-satışı təşkil olunacaq, qonaqlar həmçinin müxtəlif ölkələrin və Azərbaycanın milli mətbəxinin nümunələri ilə tanış ola biləcəklər.

Bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı 20 və 21 mart tarixində "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da Novruz bayramı şənliyi keçiriləcək. Tədbirdə qonaqlar konsert proqramı, milli sənət ustalarının iştirakı ilə Novruzun ənənəvi rəmzləri olan şirniyyatların hazırlanması, retro avtomobillərlə qoruq ərazisində gəzinti kimi tədbirlərdə iştirak edə biləcəklər. "Qala” Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar olaraq martın 20-21-də Qoşa qala qapıları qarşısından hər saatda yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək.

Xəbər 2743 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +