Yerimizi göstərdilər... - Açıqlama
Təzəpir məscidinin ətrafı da plana düşdü
Adil Əliyev üç sürücünü vəzifədən azad etdi
İlon Mask: Mühacirlikdən dünyanın ən varlı adamına
Vaqif Hüseynov 63 yaşında vəfat etdi -FOTO
Uitkoffla Uşakovun danışığını onlar sızdırıb - Naumov
Daha bir xəstəxananın adı dəyişdirildi
Nazir “Napoli”-“Qarabağ“ matçını stadiondan izləyib
Uşaq meydançasının yerində bina tikiləcək? - VİDEO
Sumqayıtda faciə: Qadın iynədən sonra öldü


01.02.2017  10:52 

Benzin yenidən BAHALAŞDI - QİYMƏTLƏR





A+  A-


Ötən gecədən Azərbaycanda bəzi benzin markalarının qiyməti yenidən bahalaşıb.

XəzərNews.az xəbər verir ki, bahalaşma “Aİ-95 Premium" və “Aİ-98 Super" markalı benzin növləri ilə bağlıdır.

SOCAR-dakı mənbələr qeyri-rəsmi olaraq bunu həmin markadan olan benzinin ölkəyə xaricdən idxal olunması və dolların bahalaşmasıyla əlaqələndiriblər.

Azərbaycanda istehsal olunan "Aİ-92" markalı benzinin və dizel (L-62) yanacağının qiymətinin isə hələ ki dəyişməyəcəyi bildirilib. Bu məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir."Aİ-92" 0,70 AZN, L-62 isə 0,60 AZN-ə satılır.

Xatırladaq ki, bu il yanvarın 13-də ölkəyə xaricdən idxal edilən "Aİ-95 Premium" markalı benzinin qiymətində artım baş vermişdi. 

Bu gün "Aİ-95 Premium" markalı benzinin qiyməti 1,15 AZN,  “Aİ-98 Super"inki isə 1.20 AZN-dir. Hər iki markadan olan benzin 10 qəpik bahalaşıb.



Xəbər 4569 dəfə oxunub.




26.11.2025  12:22 

Sabahın havası açıqlandı

25.11.2025  16:43 

Prezident 2 fərman imzaladı

25.11.2025  15:41 

Zelenski ABŞ-a səfər edə bilər

25.11.2025  14:02 

Xırdalanda yaşayış evi yanır


BÜTÜN XƏBƏRLƏR +