Qarabağın oyununda dava -VİDEO
Fuad Nağıyevə sərt ittihamlar - “Tahir Əmiraslanovu Şuşadan qovdu”
Donetskdə matəm elan edildi
London Parisin strateji səhvini düzəltdi
AAAF parkda 14 saatdır su gəlmir - ŞİKAYƏT
Elmlə məşğul olanlar bu boşluqda əzilir... - Alim
Ruslar Ukraynaya 3 “İsgəndər” raketi atdı
İstilər başladı...
Azərbaycanda kartof bahalaşdı - Video
Əhəd Abıyev villasını 2 milyon dollara satır - Video


05.03.2025  11:47 

Ölkəni silkələyən azyaşlı valideynindən alındı





A+  A-

Anası tərəfindən ağır fiziki zorakılığa məruz qalan azyaşlı M.R. valideynindən alınıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Suraxanı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, azyaşlıya anası Fatimə Ramazanova tərəfindən fiziki və psixoloji zorakılıq törədilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatın araşdırılması və məsələnin nəzarətə götürülməsi barədə Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Polis İdarəsinə və Rayon Prokurorluğuna rəsmi müraciət edilib.

“Rayon Polis İdarəsi tərəfindən azyaşlının anası tapılaraq polis bölməsinə dəvət olunub. O, övladının olduğu yer barəsində məlumat verməkdən yayınsa da, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən azyaşlının olduğu yer müəyyən edilib. Uşağın anasının himayəsində saxlanılması onun həyatı üçün təhlükəli hesab edildiyindən həmin Komissiya və RPİ əməkdaşları tərəfindən azyaşlı olduğu yerdən dərhal götürülüb və müvafiq sığınacağa yerləşdirilməsi üçün Sosial Xidmətlər Agentliyinin əmədaşlarına təhvil verilib”, - açıqlamada bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlının işgəncə görüntüləri yayılıb. Uşağın ağır fiziki zorakılığa məruz qaldığı aydın görünür.

Xatırladaq ki, bir neçə gün əvvəl azyaşlıya fiziki və psixoloji şiddət göstərilməsi ilə bağlı məlumat yayılmışdı. Anası tərəfindən çəkilən və uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə ana azyaşlını döydüyünü, bədənində salamat yerin olmadığını etiraf etmişdi.

Xəbər 1002 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.03.2025  01:12 

Qarabağın oyununda dava -VİDEO

08.03.2025  14:52 

Donetskdə matəm elan edildi

08.03.2025  12:43 

İstilər başladı...


BÜTÜN XƏBƏRLƏR +