“Abi” hotelinin fəaliyyəti dayandırılıb
Sabahın havası: 27 dərəcə isti olacağı gözlənilir
Ermənistan baş naziri referendum kampaniyası aparır - Şərh
Maşın 7 saatdır ofisin qarşısındadır, amma AYNA-dan cərimə gəlib/Fakt
Bakının mərkəzində.... - Anbarda yanğın/Video
Siyavuş Novruzov parlamentə gəlmir - Nə olub?
Tərtərdə yeniyetmə intihar edib
İmamoğlu əhalini “TRT”ni boykot etməyə çağırıb
FTX Simferopol sakinini saxladı
BƏƏ, Qətər və İsrail İranı pulla alır? - ŞƏRH


16.02.2020  14:42 

Bakıda dünya kubokunun qalibi bəlli oldu





A+  A-

“Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, çinli Qao Ley Bakıda keçirilən dünya kuboku yarışlarında kişi batutçuların fərdi yarışlarında birinci olub.
XəzərNews.az AzərTAc-a istinadən xəbər verir ki, final mərhələsində çıxışına görə, hakimlərdən 61,585 xal alan Q.Ley bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ötən il Yaponiyada təşkil olunan dünya çempionatının mükafatçısı, belaruslu İvan Litvinoviç 61,360 xalla gümüş medala sahib olub. Digər çinli idmançı, “London-2012” Yay Olimpiya Oyunlarının qalibi Dun Dun isə 60,260 xalla yarışı üçüncü pillədə başa vurub.

İki gün davam edəcək dünya kuboku yarışlarında 30 ölkədən 150-dək gimnast mübarizə aparır. Yarış Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Xəbər 1679 dəfə oxunub.



21.04.2025  13:03 

Tərtərdə yeniyetmə intihar edib

21.04.2025  12:25 

FTX Simferopol sakinini saxladı

19.04.2025  19:24 

Putin Pasxa atəşkəsi elan etdi


BÜTÜN XƏBƏRLƏR +