Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


29.01.2024  21:00 

Avropa dövlətləri ölkəmizə qarşı qərəzli münasibət göstərir -Səməd Seyidov





A+  A-

Azərbaycan öz torpaqlarını azad, suverenliyini bərpa etdikdən sonra bəzi Avropa dövlətləri ölkəmizə qarşı qərəzli münasibət göstərir.

Xəzərnews.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Səməd Seyidov Türkiyə Böyük Millət Məclisinin(TBMM) Milli Müdafiə Komitəsinin sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

S.Seyidov Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu, hazırda ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, Türk dünyası çərçivəsində münasibətlərin genişləndirildiyini bildirib.

O, bugünlərdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin qurumun iclasında bəyanatla çıxış etdiyini diqqətə çatdırıb. Komitə sədri qeyd edib ki, Azərbaycan öz torpaqlarını azad, suverenliyini bərpa etdikdən sonra bəzi Avropa dövlətləri ölkəmizə qarşı qərəzli münasibət göstərir. Bununla əlaqədar Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını dayandırmaq qərarına gəlib. Səməd Seyidov Azərbaycana verdiyi dəstəyə görə AŞPA-dakı Türkiyə nümayəndə heyətinə təşəkkürünü ifadə edib.

Xəbər 1606 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +