Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


17.02.2018  15:57 

Federerdən tarixi rekord





A+  A-

Rotterdamda keçirilən tennis turnirinin dörddəbir finala yekun vurulub.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, hollandiyalı Robin Haasa qalib gələn isveçrəli Rocer Federer yenidən dünya reytinq cədvəlinin birinci pilləsinə yüksəlib.

Beləliklə, Federer eyni vaxtda bir neçə rekordu təzələyib. O, 36 yaşında dünya kişi tennisi tarixində reytinqin ən yaşlı lideri olub. Buna qədər həmin rekord 33 yaşlı Andre Aqassiyə məxsus idi.

İsveçrəli tennisçi reytinqin birinci pilləsini 5 il 106 gün əvvəl tərk etmişdi. İndiyədək heç kəsə bu qədər uzun fasilədən sonra zirvəyə qayıtmaq nəsib olmayıb. Federer ilk dəfə 2004-cü ildə dünyanın bir nömrəli raketka ustası olmuş və ümumilikdə 302 həftə bu yüksək pillədə qala bilmişdi.

Məşhur tennisçi yanvarda “Australian Open” turnirinin çempionu olub. Bu turnirdə o, artıq altı qələbə qazanıb. İsveçrəlinin hesabında “Böyük dəbilqə” seriyasından ümumilikdə 20 qələbə var.

Xəbər 1689 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +