Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


09.04.2025  15:30 

Qarabağda etdikləriniz Ermənistanda işləməyəcək - Simonyan





A+  A-

“Qarabağda etdikləriniz Ermənistanda işləməyəcək”.

XəzərNews.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan öz Telegram kanalında müəyyən bir “artsaxlı”nın onun haqqında dediklərini şərh edərkən yazıb.

O, xüsusilə qeyd edib:

“Bu qarabağlı qoca iddia edir ki, mən Azərbaycanda – “Ağdam hərbi komissarlığının arxasındakı üçüncü evdə” doğulmuşam.

Bu adam belə bir məlumat yaymaqla, məni təhqir etməklə mənə qarşı nifrət toxumu səpəcəyini və ya hansısa fikir formalaşdıracağını düşünür. Onlar kimi insanların olması təəssüf doğurur. Atam tərəfdən köküm İrəvandan, anam tərəfdən Loridən olsa da, yuxarıda qeyd olunan və ya başqa yerdə doğulmağımda qəbahətli bir şey görmürəm.

Və bu Qarabağ sakininin kim olduğu, ona bu mətni kimin göndərdiyi daha aydındır. Aydın deyil ki, o, pulu minlik əskinasla götürüb, yoxsa iki 5 minlik əskinas?

Belə adamlar bu gün də, dünən də, sabah da aktivləşəcəklər ki, Ermənistan Respublikasını daxildən dağıtmağa, partlatmağa cəhd etsinlər. Erməni xalqına bir gözlə baxmayın. Qarabağda etdikləriniz Ermənistanda işləməyəcək”.

Xəbər 1817 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +