“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


28.10.2023  10:42 

Onlar ölkənin inkişafına səbəb olub, şirkət yaradıb biznes qura bilərlər -Ekspert





A+  A-

"İşçi qüvvəsinə malik olan, əmək qabiliyyətli, intellektual olanlar xaricə köçür. Bu hamını narahat edən məsələdir, amma qarşısını da almaq çətindir. İnsanlara deyə bilməzsən ki, sən qal Azərbaycanda və 800 manata işlə".

Xəzərnews.az xəbər verir ki, bu sözləri Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli avtobus sürücülərinin Azərbaycanı tərk edib Polşaya üz tutmasının səbəblərindən danışarkən deyib.

O bildirib ki, bu gün ölkəni tərk edən təkcə avtobus sürücüləri deyil, həm də proqramçılar, həkimlər, hətta iş adamları da var:

"Onlar ölkənin inkişafına səbəb olub, şirkət yaradıb biznes qura bilərlər. Amma Amerika və Avropaya üz tuturlar, daha yüksək məvacibə işləyirlər. İtirənsə bizik".

Xalid Kərimli vurğulayıb ki, ölkə həmin insanların yetişdirilməsinə pul xərcləyir, amma digər ölkələrin inkişafına yardım etmiş görünür:

"Kasıb ölkələrin daha da kasıb qalma səbəblərindən biri də budur. Səbəbindən asılı olmayaraq, çox ciddi problemdir. Azərbaycandan xaricə işləməyə gedənlərlə bağlı statistikanı bizimkilər açıqlamır ki, ölkədən gedən beyin axını nə qədərdir. Amma belə deyirlər ki, xarici ölkələrdən gələnlərin sayı daha çox olur. Azərbaycandan gedənlər məhz həmin ölkələrin bazarında yer tuta biləcək gənclərdir. Bu baxımdan belə beyin köçü Azərbaycanın xeyrinə işləmir".

İqtisadçı qeyd edir ki, cəmiyyəti narahat edən yüksək dərin ixtisasa malik, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin ölkəni tərk etməsidir:

"Bunun qarşısını almaq üçün ölkə inkişaf etməlidir".

Xəbər 1020 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +