“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


09.09.2022  16:43 

Biləcəridə əməliyyat: 44 nəfər saxlanılıb





A+  A-

Binəqədi RPİ tərəfindən Biləcəri qəsəbəsində son 1 həftədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyatlar zamanı ümumilikdə 44 nəfər saxlanılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, Binəqədi rayonunun digər kənd və qəsəbələrində son 1 ay ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 46 nəfər tutularaq istintaqa cəlb edilib. Bu şəxslərdən Akşin Rüstəmov, Şəmistan İngiliszadə, Xəyala Hacıyeva, Asim Xanəliyev, Ramil Davudov və Yalçın Əmiraslanov birbaşa olaraq Binəqədi rayonunda narkotik maddələrin satışını təşkil edən şəxslər olublar. Saxlanılan digər şəxslər isə onlar tərəfindən müxtəlif şirnikləndirici təkliflər müqabilində narkokuryerliyə cəlb edilənlər olublar. Bu şəxslərin üzərlərinə, evlərinə və avtomobillərinə baxış zamanı ümumilikdə 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop tərkibli həblər aşkar olunub.

Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən intensiv mübarizə tədbirləri davam etdirilir.

Qeyd edək ki, bir müddət əvvəl video bloger Nail Kəmərli Biləcəridə narkotik vasitələrin satışı ilə bağlı material yayımlamışdı.

Xəbər 1303 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +