“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


08.07.2018  14:38 

Çaylarda suyun səviyyəsi dəyişib





A+  A-

Çaylarda sululuq səviyyəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 60-150, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edib.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 37 faizini təşkil edib. 2017-ci ildə bu rəqəm 110 m3/s olmaqla ongünlük normanın 37 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 42,0 m3/s olmaqla, ongünlük normanın 29 faizini təşkil edib. 2017-ci ildə bu göstərici 50,0 m3/s təşkil edərək ongünlük normanın 34 faizinə bərabər olub.

Kür çayının aşağı axınında vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 21, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 12, Bankədə 10 sm artım qeydə alınıb, lakin Salyan məntəqəsində isə suyun səviyyəsində 4 sm azalma müşahidə olunub.

Surra məntəqəsində suyun səviyyəsi 370 sm (2017-ci il iyulun 06-da 332 sm), Şirvanda 213 sm (2017-ci il iyulun 06-da 205 sm), Salyanda 163 sm (2017-ci il iyulun 06-da 137 sm), Bankədə 207 sm (2017-ci il iyulun 06-da 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2017-ci il iyulun 06-da 50 sm) təşkil edib.

Xəbər 1266 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +