“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


04.07.2018  13:11 

Ən çox sıxlıq olan MƏKANLAR





A+  A-

İyulun 3-ü axşam saatlarından metronun "Koroğlu" stansiyası ətrafından sərnişinlərin gediş-gəlişini təmin etmək üçün Bakıətrafı qəsəbələrə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tapşırığı ilə əlavə avtonəqliyyat vasitələri cəlb edilib.
Bu barədə XəzərNews.az-a DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

N.Allahyarova bildirib ki, hazırda 24 əlavə avtonəqliyyat vasitəsi “20 yanvar” m/st - "Avtovağzal" m/st üzrə sərnişin axınını nizamlamaq üçün Bakı Nəqliyyat Agentliyi ilə birgə gücləndirilmiş qaydada sərnişinlərin daşınmasını təşkil edir.:

“Bakı Beynəlxalq Avtovağzal kompleksi öz növbəsində regionlara daşımaları həyata keçirən daşıyıcı şirkətlərə müraciət edərək 12 avtonəqliyyat vasitəsini əlavə olaraq xidmətə təqdim edib.

DANX-ın xüsusi təyinatlı nəqliyyat vasitələri sərnişinlərin daşınması üçün BNA və DYP ilə birgə sıxlığın müşahidə olunduğu ərazilərdə xidmət edirlər”.

O qeyd edib ki, ümumilikdə şəhərlərarası daşımada iştirak edən daşıyıcıların iştirakı ilə DANX tərəfindən bu saata qədər 60 avtonəqliyyat vasitəsi əlavə olaraq xidmət üçün səfərbər edilib:

“Ehtiyac olarsa avtonəqliyyat vasitələrinin sayı artırılacaq. Xüsusi olaraq qeyd edək ki, sıxlığın ən çox müşahidə olunduğu ərazilər "Neftçilər", "Əhmədli", "20 Yanvar" metrostansiyalarının önüdür. Həmin istiqamətlərdə əlavə nəqliyyat vasitələri xidmət edir”.

Xəbər 1424 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +