“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


25.04.2017  15:42 

İstehsalatda baş verən bədbəxt hadisələrin statistikası AÇIQLANDI





A+  A-

Bu ilin ilk rübündə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydiyyata alınıb
XəzərNews.az xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2017-ci ilin birinci rübündə istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydiyyata alınıb. Onlardan 2 hadisə qrup halında baş verib.
Qeyd olunan istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində 10 nəfər dünyasını dəyişib, 24 nəfər xəsarət alıb. İstehsalat qəzalarının daha çox tikinti və nəqliyyat, emal sənayesi və mədənçıxarma sahələrində, həmçinin özəl sektora aid müəssisələrdə baş verdiyi müəyyən olunub. İstehsalatla əlaqəli bədbəxt hadisələrin hər biri ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun şəkildə təhqiqat işləri aparılıb və aidiyyəti üzrə tədbirlərin görülməsi təmin edilib.
Xidmət tərəfindən işəgötürənlər arasında işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi ilə bağlı norma, qayda və prinsiplər barədə məlumatlandırma işləri də aparılıb. Xüsusən istehsalat qəzası riski yüksək olan müəssisələrdə əməyin təhlükəsizliyinin təmin olunması və qəzaların qarşısının alınması üçün önləyici tədbirlərlə bağlı işəgötürənlərə ətraflı məlumatlar verilib, onlara müvafiq metodiki köməkliklər göstərilib.

Xəbər 1601 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +