Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb
Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?


17.02.2020  17:43 

“Kefləri harda istəsə, ov etməməlidirlər”





A+  A-

“Bu gün ictimaiyyət ovçuluğa yanaşmasına görə iki cəbhəyə bölünüb: ova qarşı çıxaraq məhdudiyyət tərəfdarı olanlar və ovu qanuni hüquqları hesab edənlər. Bu məsələyə aydınlıq gətirmək üçün bizim, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” mövzusunda beynəlxalq forum keçirəcəyik. Forumda təzadlı fikirlər ətrafında müzakirələrin keçirilməsi və müvafiq tövsiyələrin verilməsi gözlənilir”.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı WWF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov verib.

O bildirib ki, beynəlxalq mütəxəssislərin, aidiyyəti dövlət qurumlarının və bu sahəyə marağı olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunacaq forumda ovçuluq sahəsində cəmiyyəti düşündürən və hər zaman müzakirə obyekti olan mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Forumda iştirak edəcək həvəskar ovçu Bəxtiyar Məmmədov hesab edir ki, ov istirahət növüdür. “Mən neçə ildir ovla məşğulam, ata-babalarımızın dövründə də ov var idi, amma o vaxt heyvan sayı da çox idi. Bu gün planetdə qlobal dəyişikliklər gedir, deyərdim ki, heyvan növləri azalır. Ona görə də ov heyvanlarının müəyyənləşdirilməsində sərt tənzimləmə tədbirləri görülməlidir ki, davamlı olaraq Azərbaycan ovçuları ov edə bilsin.

Bu gün Azərbaycanda ovetmə günlərinin sayı artırılıb ki, bunun əleyhinəyəm. Yəni əvvəl sadəcə şənbə və bazar günləri ova icazə verilirdisə, indi cümə günü də ov etmək olar. Fikrimcə, əgər istirahət məqsədilə ov ediriksə, həftədə 2 gün-şənbə və bazar kifayətdir”.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalovun fikrincə ovun tamamilə qabağını kəsmək düzgün deyil, ova müvafiq normalar çərçivəsində icazə verilə bilər. “Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq tənzimlənmə olmalıdır. Ova icazə veriləndə şərt, tələb qoyulmalıdır ki, bir dənədən artıq canlı vurulmasın. Heyvanların icazə verilən normadan artıq ovlanmasının əleyhinəyəm və tərəfdarıyam ki, müəyyən olunmuş ərazidə ov edilsin. Yoxsa, kefləri harda istəsə yox, nazirliyin göstərdiyi ərazilərdə ov edilməlidir”.

ETSN-nin Departament direktoru Hikmət Əlizadə də forum barədə fikirlərini açıqlayıb:

“Bu gün ictimaiyyət tərəfindən ov məsələsi birmənalı qarşılanmır. Böyük əksəriyyət ovun tamamilə ləğvini, yəni ümumiyyətlə qadağan olunmasını istəyir, ovu anti-humanist bir fəaliyyət, digər tərəf isə bunu keçmişdən qalma adət-ənənə və kübar məşğuliyyət sayır. Düşünürəm ki, belə bir mövzuda geniş forumların, fikir mübadiləsinin təşkili, bir-birinə zidd mövqeləri dinləmək çox əhəmiyyətlidir.

Mənim şəxsi qənaətimi bilmək istəyirsinizsə, təbiətimiz üçün bu gün ovun qadağan edilməsinin tərəfdarıyam, biomüxtəlifliyin qorunmasında bu, fikrimcə müsbət hal olardı. Amma bütün bunlar ümid edirəm ki, forumdakı müzakirələrdən sonra daha da aydınlaşacaq. Forumda iştirak edən xarici mütəxəssislərin rəylərinin də önəmi olacaq”.

Xəbər 1561 dəfə oxunub.




11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +