Şabrançayda batan 2 nəfərin meyiti çıxarıldı
Bank kartlarından oğurluqlar davam edir
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video


11.01.2019  10:32 

Ərəb turistlərin Azərbaycana axını olacaq





A+  A-

Səudiyyə Ərəbistanında Turizm Assosiasiyaları Konfederasiyası Azərbaycana ərəb turistlərinin cəlb olunmasına yardımı nəzərdə tutan “yol xəritəsi” hazırlayır.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan - Ərəb ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.

Y.Əliyevin sözlərinə görə, “yol xəritəsi” beş il müddətinə nəzərdə tutulub. Əməkdaşlığın bütün aspektləri Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən əlaqələndiriləcək.

İcraçı direktor əlavə edib ki, ərəb tərəfi də Azərbaycana turistlərin cəlb olunması ilə məşğul olacaq və ölkəyə investisiyaların azı 5 faiz səviyyəsində illik artımını təmin edəcək.

Ərəb ölkələri ilə əməkdaşlığın genişləndirilməsi üzrə planlardan danışan Y.Əliyev qeyd edib ki, bu il Azərbaycan nümayəndə heyətlərinin Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və İordaniyaya səfərləri planlaşdırılır:

“Ötən il Azərbaycana İordaniya, İraq, BƏƏ və Qətərdən nümayəndə heyətləri səfər edib. Analoji görüşlər bu il də baş tutacaq. Səfərlərin dəqiq tarixləri yanvarın sonunadək məlum olacaq. Bundan başqa, Bakıda birinci Azərbaycan-ərəb investisiya forumu kimi irimiqyaslı tədbirin keçirilməsi nəzərdə tutulur. Bu məsələ yaxın günlərdə Beyrutda Ərəb Assosiasiyaları Palatası ilə müzakirə olunacaq”.

Qeyd edək ki, ötən ilin 11 ayı ərzində Azərbaycana gələn turistlərin sayında ən böyük artım Fars körfəzi ölkələrindən qeydə alınıb. 2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə ötən il Azərbaycana gələn turistlərin sayı Səudiyyə Ərəbistanından 2,2 dəfə, Bəhreyndən 2,1 dəfə, Küveytdən 1,9 dəfə, Qətərdən 1,6 dəfə, İraqdan 10,4 faiz, Omandan 8,5 faiz artıb.

Xəbər 1317 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?


BÜTÜN XƏBƏRLƏR +