Şabrançayda batan 2 nəfərin meyiti çıxarıldı
Bank kartlarından oğurluqlar davam edir
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video


24.04.2017  18:29 

Bakıda bu avtomobillərin hərəkəti məhdudlaşdırıldı: 40 manat cərimə





A+  A-

IV İslam Həmrəyliyi Oyunları zamanı yük maşınları, o cümlədən təmir, məişət tullantıları ilə məşğul olan və xidməti, firmada çalışan avtomobillərin hərəkətinə axşam saat 22:00-dan səhər 07:00-a qədər icazə veriləcək.
XəzərNews.az xəbər verir ki, bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Bununla bağlı Nazirlər Kabinetinin qərar çıxardığını bildirən K.Əliyev qeyd edib ki, hər hansı yük avtomobilinin sutkanın digər saatlarında hərəkətetmə zərurəti yarandığı halda Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilməlidir. Bu müraciətə baxılacaq və zərurət yarandığı halda həmin avtomobilin sutkanın digər saatlarında hərəkətinə icazə veriləcək.

K.Əliyev, həmçinin vurğulayıb ki, artıq gələn həftədən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakıda çəkilən xüsusi zolaqlara yalnız Oyunlar üçün nəzərdə tutulan nəqliyyat vasitələri buraxılacaq. Mayın 25-nə qədər aidiyyəti olmayan maşınlar zolağa girsə, 40 manat məbləğində cərimə olunacaqlar.

Xatırladaq ki, mayın 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək.

Xəbər 1593 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?


BÜTÜN XƏBƏRLƏR +