Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


11.10.2019  11:38 

Dekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMA





A+  A-

“Bu il də əfvlə bağlı müraciət edən məhbusların sayı kifayət qədər çoxdur”.
XəzərNews.az bildirir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. O qeyd edib ki, komissiyanın üzvü, hüquq müdafiəçisi olduğuna görə, onun özünə də müxtəlif müraciətlər ünvanlanır:

“Bütün müraciətləri komissiyanın rəhbərliyinə yönləndirirəm. Müraciətlərlə bağlı müvafiq arayışlar tam hazır olandan sonra komissiyanın sədri əfvlə bağlı hazırlıq üçün iclaslar çağırır. Hazırda iclaslar çağırılmayıb və yaxın günlərdə də bununla bağlı məlumatlar yoxdur. Əfv sərəncamının verilməsi ölkə başçısının səlahiyyətində olduğundan bununla bağlı ilkin fikir yürütməyimiz düzgün olmaz. İlin sonunda prezident sərəncam imzalayarsa, əfv olacaq”.

Ə. Nuriyev prosedur qaydalarına da toxunaraq vurğulayıb ki, hər bir müraciətə fərdi şəkildə baxılır:

“Bütün məhbusların məlumatlarını fərdi şəkildə incələyirik. Şəxsin identikliyi, cinayətin xarakteri, məhbusun ailə və sağlamlıq vəziyyəti, zərərçəkmişə dəymiş ziyanın ödənilməsi, azadlığa çıxmaq istəyən şəxsin cəmiyyətə təhlükəsiz olub-olmaması və s. kompleks şəkildə nəzərə alınır. Hər hansı şəxsə ayrıseçkilik qoymadan, ətraflı dəyərləndirildikdən sonra komissiya rəhbərliyinə müvafiq siyahı verilir.

Əfv humanizm institutu olaraq Azərbaycanda mütəmadi tətbiq edilir. Bu il də əfv olacağına ümid edirik”.

Xəbər 1686 dəfə oxunub.



01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +