Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


22.05.2017  13:56 

Azərbaycanın daha 20 medalçısı mükafatlandırıldı





A+  A-

Bu gün Milli Olimpiya Komitəsində (MOK) "Zəfər günləri" layihəsi çərçivəsində "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının XIV yarış günündə medal qazanan idmançılarla görüş keçirilib.
XəzərNews.az-ın məlumatına görə, tədbirdə MOK-un, eyni zamanda İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Ağacan Abıyev, AFFA-nın baş katibi Elxan Məmmədov, 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə və digər şəxslər iştirak ediblər.
Ç.Hüseynzadə çıxış zamanı deyib ki, bu gün son yarış günü olsa da, Azərbaycanın İslamiadanın qalibi olması rəsmiləşib. O, Oyunların yüksək səviyyədə təşkili üçün verdikləri dəstəyə görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Tədbir zamanı şərəf lövhəsinə imza atan idmançılar mükafatlandırılıblar.
Qeyd edək ki, Azərbaycan idmançıları mayın 21-də 20 medal qazanıblar. Qızıl medallara qadın güləşçilər Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Tatyana Omelçenko (60 kq) və Elis Manolova (69 kq), kişi və qadınlardan ibarət basketbol 3X3 komandası, zorxananın səngi yarışında Rüfət Güləliyev, 3 metrlik tramplindən suya tullanmada Olqa Bıkovskaya və 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yiyələnib.
Gümüş medallara qadın güləşçilərdən Natalya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq) və Səbirə Əliyeva (75 kq), zorxananın çərxi-çəməni növündə Orxan Xanlarov və milbazidə Xəyyam Orucov, kişilərdən ibarət voleybol yığması və kişilərin 10 metr hündürlükdəki platformadan sinxron suya tullanma yarışında Artyom Danilov - Dmitri Sorokin dueti sahib çıxıb.
Bürünc medalları isə zorxananın kəbbadə yarışında Məmmədi Salamov, mil səngində Xəyyam Orucov və çərxi-tizdə Orxan Xanlarov, həmçinin stolüstü tennis üzrə kişilərdən ibarət komanda əldə edib.

Xəbər 1993 dəfə oxunub.



01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +