Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


27.04.2017  20:34 

Liderlər RAZILAŞDI – Şimali Koreyaya ZƏRBƏ





A+  A-

Rusiya prezidenti Vladimir Putin Moskvada Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşdən sonra jurnalistlərə açıqlama verib.
XəzərNews.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, Putin bildirib ki, Yaponiyanın baş naziri ilə Koreya yarımadasında yaranmış gərginliyi müzakirə ediblər.

“Biz Koreya yarımadasındakı vəziyyətə görə naahatıq. Biz danışıqların sürətlə bərpasına çağırırıq. Biz regional dövlətləri müharibə ritorikasından əl çəkməyə və konstruktiv dialoqa çağırırıq”-deyə o bildirib.
Yaponiyanın baş naziri isə deyib ki, ölkəsi ilə Rusiya Şimali Koreyada nüvə silahının hazırlanmasının qadağası haqda BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına davam edəcək.

“Biz prezident Putinlə razılaşdıq ki, Yaponiya ilə Rusiya bu sahədə əməkdaşlıq edəcəklər. Həmçinin Şimali Koreyaya müraciət edəcəyik ki, o fitnəkar hərəkətlərindən əl çəksin və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etsin”-deyə söyləyib.

Qeyd edək ki, son zamanlar Şimali Koreyanın ABŞ və Cənubi Koreya ilə münasibətləri daha gərginləşib. Ekspertlər hər an müharibə başlaya biləcəyini istisna etmirlər.

Xəbər 1285 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +