Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


29.06.2018  10:57 

Prokuror Kəmalə Ağazadəyə 4 il iş istədi





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqsirləndirilən, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadəyə cəza istənilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək K.Ağazadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini və onun məhkəmə zalında həbs olunmasını istəyib.

İttihama görə, K.Ağazadə Azərbaycan Uşaqları Birliyinin sədri işləyərkən Səhiyyə Nazirliyi ilə birgə həyata keçirdiyi layihənin müddətinin uzadılacağını vəd edərək həmin layihə çərçivəsində əməkdaşlıq etdiyi Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqovadan ümumilikdə 7800 manat məbləğində pul alıb, özünün şəxsi ehtiyaclarına xərcləyib.

Həmin pulu isə nazirlikdəki vəzifəli şəxsə verəcəyini deyib. O, həbs edilməsə də, barəsində polisin nəzarətinə verilməklə başqa yerə getməmək qətimkan tədbiri seçilib.

K.Ağazadə özünü təqsirli bilmədiyini deyib.

Xəbər 1374 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +