Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


05.04.2021  10:32 

““Sputnik V”nin Azərbaycana tədarükü məsələsi nəzərdən keçirilir”





A+  A-

“2020-ci ildə Rusiya və Azərbaycan mehriban qonşuluq, qarşılıqlı yardım və bərabərlik prinsiplərinə əsaslanaraq “COVID-19” ilə mübarizədə sıx əməkdaşlıq aparıblar”.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Rusiya diplomatik əlaqələrinin 29-cu ildönümü münasibətilə feysbuk səhifəsindəki paylaşımında qeyd olunub. Bildirilib ki, iki ölkənin səhiyyə nazirləri və digər ixtisaslaşmış strukturların rəhbərləri daim təmasdadır. Rusiya tərəfindən Azərbaycana koronavirus infeksiyasının diaqnozunun qoyulması üçün 12.000 tədqiqat üçün 120 test sistemi verilib. Həmçinin 2020-ci ilin yayında azərbaycanlı həkimlərə kömək üçün Rusiyanın aparıcı tibb mərkəzlərindən mütəxəssis həkim qrupları göndərilib.

Azərbaycan tərəfinin təklifi ilə Rusiyanın əczaçılıq şirkəti “R-Pharm” peyvəndin birgə istehsalının təşkilinə qatılıb. Hazırda Rusiya Birbaşa İnvestisiya Fondu “Sputnik V” peyvəndinin bir hissəsinin Azərbaycana tədarükü məsələsini nəzərdən keçirir.

Xəbər 2321 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +