Axtarışa olan 7 şəxs Azərbaycana ekstradisiya edilib
Naxçıvanın statusu ləğv edilə bilər?
Trampın məqsədini... - Pit Heqset açıqladı
Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir
Prezident Dövlət Agentliyinə sədr təyin etdi
Antiterror Mərkəzinin rəhbəri saxlanıldı
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?
Həbsxanadan-cəbhəyə, sonra da torpağın altına...
Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib


25.10.2018  17:29 

Güləşçimiz dünya çempionatında ermənini məğlub etdi





A+  A-

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı davam edir.
XəzərNews.az xəbər verir ki, yarışın altıncı günündə dörd çəkidə yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib.

Avropa çempionu Eldəniz Əzizli (55 kq) ilk mərhələdə macar rəqibini cəmi bir dəqiqəyə məğlub edib. 1/8 finalda o, çinli idmançı ilə qarşılaşacaq.

Taleh Məmmədov (63 kq) təsnifat mərhələsində çətinliklə də olsa, norveçli həmkarını üstələyib. Taleh 1/8 finalda erməni həmkarı Slavik Qaltsyandan güclü olub – 3:1. Xatırladaq ki, Məmmədov bu ilin fevralında bu rəqibini Ukraynada 7:0 məğlub etməyi bacarmışdı.

Dünya çempionu Rəsul Çunayev (72 kq) mübarizəyə 1/8 finaldan qoşulub və yapon rəqibinə qalib gəlib. O, 1/4 finalda da qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Rafiq Hüseynov (82 kq) da yarışa 1/8 finaldan başlayıb və bolqar güləşçi ilə gərgin keçən görüşdə əzmkar qələbəyə sevinib. Hesabda 0:3 geridə olsa da, yekun nəticə Hüseynovun xeyrinə olub.

Xəbər 1637 dəfə oxunub.



12.02.2025  18:38 

Bu quruma agentlik statusu verildi

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm


BÜTÜN XƏBƏRLƏR +