Axtarışa olan 7 şəxs Azərbaycana ekstradisiya edilib
Naxçıvanın statusu ləğv edilə bilər?
Trampın məqsədini... - Pit Heqset açıqladı
Bu mərkəzin işçiləri 3 aydır maaş ala bilmir
Prezident Dövlət Agentliyinə sədr təyin etdi
Antiterror Mərkəzinin rəhbəri saxlanıldı
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir?
Həbsxanadan-cəbhəyə, sonra da torpağın altına...
Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib


09.04.2017  13:19 

Sabaha olan hava PROQNOZU





A+  A-

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Hava günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturunun gecə 6-9° isti, gündüz 11-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sabah arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru bəzi rayonlarda yağıntıda fasilə yaranacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.

Xəbər 1618 dəfə oxunub.




12.02.2025  18:38 

Bu quruma agentlik statusu verildi

12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm


BÜTÜN XƏBƏRLƏR +