“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


21.11.2022  17:53 

“Space TV”, “MTV” və “ATV”-yə xəbərdarlıq edildi





A+  A-

“Space TV”, “MTV” və “ATV” televiziya redaksiyalarına (kanallarına) xəbərdarlıq edilib.

XəzərNews.az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

Şuranın onlayn formatda iclası keçirilib və iclasda Şuraya daxil olmuş şikayətlər əsasında aparılmış monitorinqlərin nəticəsində "Space TV" və "MTV" redaksiyalarının (kanallarının) efirində baş vermiş qanun pozuntuları ilə bağlı hallar müzakirə olunub.

"Space TV" redaksiyasının (kanalının) efirində 12.10.2022-ci il və 13.10.2022-ci il tarixlərdə saat 12.00 – 14.45 arası yayımlanan "Gəl danış" və "MTV" redaksiyasının (kanalının) efirində 18.10.2022-ci il və 19.10.2022-ci il tarixlərdə saat 13.00 – 15.00 arası yayımlanan "Ümid ilə gəl" proqramlarında şikayətçi qismində iştirak edən Fərman adlı şəxs tərəfindən həyat yoldaşı və onun ailəsi barədə nalayiq ifadələr işlədilib.

Bu isə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 4.2.4-cü maddəsinin tələbinə (uşaqlar arasında dövriyyəsi qadağan edilən ailə institutunu nüfuzdan salan informasiya) zidd olmaqla, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.15-ci maddəsinin tələbinin ("Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir) pozulmasıdır.

İclasda, həmçinin, "ATV" redaksiyasının (kanalının) efirində 17.11.2022-ci il tarixdə "Media haqqında" Azərbaycan Respublikası Qanununun eyni maddəsinin, yəni 14.1.15-ci maddəsinin tələbinin ("Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir) pozulması faktı da müzakirə olunub.

Belə ki, saat 12.00 – 13.50 arası yayımlanan “Günün sədası” proqramında iştirak edən şəxs tərəfindən zorakılıq və qəddarlıqla bağlı təqdiredici ifadələrdən istifadə olunmuşdur ki, bu “Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 4.2.4-cü maddəsinin tələbinə ziddir.

Baş verən bütün hallarda pozuntular canlı yayım zamanı baş vermişdir. Lakin televiziya redaksiyalarının aparıcıları qonaq və ya ekspertlər tərəfindən istifadə olunan belə ifadələrin qanuna zidd olması ilə bağlı həm onlara, həm də tamaşaçılara məlumat verməli olduqları halda, müdaxilə etməmiş və açıq efir ilə zorakılıq və qəddarlığın təbliğinə şərait yaratmış olublar. Televiziya aparıcıları bu sahədə daha diqqətli olmalı, proqram iştirakçılarına qanunvericiliyə əməl olunmasının zəruriliyi barədə dərhal məlumat və xəbərdarlıq verməlidirlər.

Aparılan müzakirələrdən sonra Audiovizual Şura qeyd olunan pozuntu faktlarına əsasən ümumölkə yerüstü televiziya yayımçıları olan “Space” Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin “Space TV” redaksiyasına və "Azad Azərbaycan" Müstəqil Tele-Radio Kompaniyasının "ATV" redaksiyasına, habelə peyk yayımı həyata keçirən platforma yayımçısı olan "Muz TV Azərbaycan" MMC-nin "MTV" redaksiyasına xəbərdarlıq edib.



Xəbər 981 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +