Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


23.11.2021  22:26 

Türbət nə deməkdir?





A+  A-

Ərəb dilindən tərcümədə bu söz torpaq mənasını verir. Buna oxşar “turab” kəlməsi də eyni mənada işlənir.

Klassik ədəbiyyat nümunələrində də “türbət” kəlməsi torpaq mənasında işlədilir. Daha dar çərçivədə dini termin olaraq, türbət – müqəddəs məkanlardan götürülmüş torpaq kimi anlaşılır. Əsasən, Kərbəlada İmam Hüseynin (ə) məzarının torpağını türbət adlandırırlar.

Türbət torpaq müqəddəs məkandan götürüldüyü üçün onu təbərrük sayır, xəstəlik və çətinliklərdən xilas olmaq üçün istifadə edirlər. Dini mənbələrdəki məlumatlara görə, azacıq midarda türbəti (təxminən noxud boyda) suya qarışdırıb içmək insana mənəvi və fiziki rahatlıq gətirir, bəzi xəstəliklərdən şəfa verir. Türbət torpaqdan hazırlanmış möhür və təsbehlər dindarlar tərəfindən yüksək qiymətləndirilir.

Qeyd edək ki, saf və qatqısız türbət nadir tapılır. Əksər Kərbəla möhürlərinə və təsbehlərinə əsil türbətdən təbərrük olaraq az miqdarda qatılır.

Mənbə: islam.az

Xəbər 2380 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +