Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


13.03.2023  09:40 

Narkokuriyer 5 kiloqram heroinlə tutuldu





A+  A-

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində, xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxs tutulub.

XəzərNews.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupuna istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Qasımov rayon ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı əlində olan torbadan külli miqdarda, yəni 5 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı E.Qasımov əcnəbi narkotacirə pul müqabilində narkokuryerlik etdiyini etiraf edərək, ondan aşkarlanan narkotik vasitəni 500 manat qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xəbər 977 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +