Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


28.06.2023  11:39 

Kramatorskda dağıntılar altından daha bir meyit çıxarılıb





A+  A-

Xilasedicilər Donetsk vilayətinin Kramatorsk şəhərində Rusiya raketinin vurulduğu yerdə daha bir ölü tapıblar.

XəzərNews.az xəbər verir ki, bu barədə Donetsk Vilayət Prokurorluğunun rəis müavini Aleksandr Bakumenko Rada kanalı tərəfindən yayımlanan milli telemarafonun efirində bildirib.

"Hazırda ilkin olaraq 9 cəsəd çıxarılıb. Qalan cəsədlər hazırda xilasedicilər tərəfindən çıxarılır, onları təhlükəsiz şəkildə çıxarmaq və tibb müəssisələrinə çatdırmağa çalışırıq", - deyə Bakumenko bildirib.

O, dağıntılar altında insanların, ilk növbədə kafenin işçilərinin qalmasına aydınlıq gətirib.

İyunun 28-də səhər saatlarında Ukraynanın Fövqəladə hallar üzrə Dövlət Xidməti rus işğalçılarının raket hücumu nəticəsində 3-ü uşaq olmaqla 8 nəfərin öldüyünü bildirmişdi. Səhər saatlarında Baş Prokurorluğun mətbuat xidmətinin Telegram-a istinadən verdiyi məlumata görə, Ukraynanın baş prokuroru Andrey Kostin 60 yaralının olduğunu açıqlayıb.

Xəbər 1321 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +