Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


24.06.2022  17:18 

Bu qurumda yükdaşıma ondan da betər gündəymiş...





A+  A-

Bir neçə gün öncə Azərbaycan Dəmir Yolları təbii inhisarçısının süni inhisara çevrilməsi ilə bağlı status paylaşmışdım. Burada söhbət yalnız dəmir yolu ilə sərnişindaşımanın, Bakı -Balakən, Bakı -Qazax, Bakı -Yalama, Bakı -Astara qatarlarının süni olaraq dayandırılmasından gedirdi.

Mən elə bilirdim Azərbaycan Dəmir Yolları qurumunda yalnız sərnişindaşıma bərbad vəziyyətdədir.

Hansı ki, iki ildir ADY daxili dəmir yolları vasitəsilə sərnişindaşımanı əsassız olaraq dayandırıb.

İndi Antiinhisar Dövlət Xidmətinin açıqlamasından aydın olur ki, bu qurumda yükdaşıma ondan da betər gündəymiş.

Antiinhisar Dövlət Xidmətinin açıqlamasından belə anlaşılır ki, xeyli müddətdir ADY özəl bir qurum olaraq fəaliyyət göstərirmiş.

Yəni, qurum yük vaqonlarını və yükdaşıma səlahiyyətini verirmiş özünün ekspeditor qurumlarına, onlar da necə istəyirlər elə də işləyirlərmiş.

Yəni, qısası təbii inhisar qurumu olan ADY daxilində yeni bir süni inhirsarçı olan ADYE EKSPEDİTOR qurumları yaradılıbmış.

Antiinhisarı-n qərarına əsasən artıq ADY –nin formalaşdırdığı ekspeditor fəaliyyəti dayandırılmalı, vaqonların müsabiqə əsasında və şəffaf formada icarəyə verilməsi, ayrı-seçkiliyə son qoyulması, əlçatanlıq üçün rəqəmsal platformaların yaradılması təmin edilməlidir.

Sadəcə bir məsələ anlaşılmaz qalıb.

Antiinhisar iki ildir fəaliyyəti dayandırılan sərnişindaşımaya münasibət bildirməyib.

Yəni, iki ildir ki bu nəhənglidə ADY heç bir ağlabatan açıqlama vermədən əsas daxili istiqamətlər üzrə sərnişin qatarlarının fəaliyyətini bloklayıb.

Antiinhisar öz açıqlamasında yalnız sərnişindaşımada istehlakçıların ehtiyaclarını nəzərə almaqla sərnişin vaqonlarından daha səmərəli istiqfadə edilməsi üçün təkliflərin hazırlanmasını tapşırıb.

Antiinhisar Dövlət Xidmətinin ADY təbii inhisarçısına qarşı atdığı addımlar çox təqdirəlayiq olsa da, dəmir yolu ilə sərnişindaşımaların nə zaman gerçəkləşəcəyi hələ də sual altındadır.

Osman Gündüz

Xəbər 1669 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +