Polis 500 min manata yaxın pulu ələ keçirənləri saxladı
Qrant müsabiqəsinin nəticələri nə zaman elan ediləcək?
Biləsuvar xəstəxanasında dava: Xadimə DÖYÜLDÜ
Sabiq nazirə yeni vəzifə verildi
İcma bəyanat YAYDI
Nurlan Librenin evindən qızıl götürülüb?
Gecə və səhər bəzi yollar buz bağlayacaq
Pulları Nurlana Əliyevaya vermişəm - Məhkəmə
Əfv siyahısında kimlər var?
Bu gün Ağadadaş Ağayevə cəza istəniləcək


27.02.2025  11:54 

Bu gün Ağadadaş Ağayevə cəza istəniləcək





A+  A-

Bu gün, fevralın 27-də Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, artıq iş üzrə şahidlərin dindirilməsi mərhələsi sona çatıb. Bu gün keçiriləcək prosesdə Ağadadaş Ağayev son söz deyəcək və bundan sonra prokurorun çıxışı olacaq. Prokurorun tərəflərin imzaladığı barışıq sazişini nəzərə alıb-almayacağı hələ ki, bilinmir. Saziş nəzərə alınarsa, tərəflərə şərti cəzalar təyin oluna bilər. Əks halda cəza təyini qaçılmazdır. 3 aydan artıqdır davam edən məhkəmə proseslərində tez-tez fasilələr yaranır. Fevralın 6-na təyin olunan proses də bu baxımdan istisna olmayıb.

Həmin gün Ağadadaş Ağayevin səhhəti pisləşdiyindən onun cinayət işi üzrə məhkəmə prosesləri fevralın 12-nə qədər təxirə salınmışdı.

Xalq artistinin vəkili Asim Abbasov demişdi ki, müvəkkilinin sağlıq durumunda problemlər olduğundan məhkəmənin ertələnməsi barədə qərar qəbul olunmasını xahiş ediblər. Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ittiham olunur. Binəqədi Məhkəməsində Ağadadaş Ağayevin tərəf olduğu 2 məhkəmə prosesi keçirilir.

Proseslərdən birində o, müttəhim, digərində zərərçəkəndir. Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Ağadadaş Ağayev müttəhim statusundadır. Artıq tərəflər barışıq sazişi imzalayıblar və məhkəməyə təqdim ediblər. Ötən prosesdə Ağadadaş Ağayev cinayət işi üzrə özünün məhkəməsinə qatılsa da, 2 saat sonra keçirilən mühafizəçinin müttəhim olduğu prosesdə iştirak etməmişdi. Vəkili Asim Abbasov bunu Ağadadaş Ağayevin səhhətində yaranan problemlə əlaqələndirmişdi. Məhkəmənin ilk iclasında zərərçəkmiş Nurəddin Cəlilovun vəkili vəsatətlə çıxış edərək təqsirləndirilən şəxsin əməlində daha ağır əməlin əlamətləri mövcud olduğunu demişdi.

Bildirmişdi ki, əməldə 29,120.2.2- ci (qəsdən xuliqanlıq niyyəti adam öldürməyə cəhd) və 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddələri ilə ittihamın əlamətləri var, baltanı zərərçəkmişə tərəf atması istintaq sənədləri ilə sübuta yetirilib:

“Zərərçəkmiş şəxs bu barədə istintaq zamanı vəsatət verib. Amma vəsatət təmin edilməməklə zərərçəkmiş şəxsin hüququ pozulub. Biz işin ibtidai istintaqa qaytarılmasını istəyirik”.

Vəkil Ağadadaş Ağayevin barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəsə də, dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların olmadığını demişdi. Hakim vəsatəti təmin etməmişdi. Məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub. Bu iş üzrə Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır.

Cinayət dosyesi Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə araşdırılır. Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir. İş üzrə 2024-cü il oktyabrın 31-nə təyin olunan məhkəmənin hazırlıq iclasına Ağadadaş Ağayev qatılmamışdı. Mühafizəçi Nurəddin Cəlilov hakim Elçin Ağayevin sədrliyi ilə mühakimə olunur. Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevin müttəhim statusunda olduğu cinayət dosyesi üzrə tərəflər ibtidai istintaq zamanı 1 dəfə üzləşdiriliblər. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baş tutan və 1 saata yaxın davam edən üzləşdirmədə Ağadadaş Ağayev baltalı hücumu ilə bağlı inkarçı mövqe tutub, mühafizəçiyə atdığı baltanı “məişət əşyası” adlandırıb, baş verənlərdə məsuliyyəti Nurəddin Cəlilovun üstünə atmağa çalışıb. Bu iş üzrə də Ağadadaş Ağayev qarşı tərəflə barışıq sazişi imzalayıb və məhkəməyə təqdim edib. Məhkəmənin Ağadadaş Ağayevin barışıq sazişini qəbul edib-etməməsi iş üzrə qərar qəbul edilərkən məlum olacaq. Xalq artistinə yekun olaraq xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə maddəsi ilə yekun ittiham elan edilib. İttiham təsdiqlənərsə, müttəhim 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Xəbər 171 dəfə oxunub.



27.02.2025  15:44 

Sabiq nazirə yeni vəzifə verildi

27.02.2025  15:32 

İcma bəyanat YAYDI

27.02.2025  15:30 

Kadırovun qızı istefa verib?

27.02.2025  14:48 

Qadını qatar vuraraq öldürdü

27.02.2025  14:06 

Əfv siyahısında kimlər var?

27.02.2025  13:15 

Keçmiş rektor SAXLANILDI

27.02.2025  13:12 

Məşhur aktyor Rusiyaya gedəcək


BÜTÜN XƏBƏRLƏR +