Yeni tikili binalarda qaraj fırıldağı - VİDEO
CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”
Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb


25.03.2022  11:45 

Balaca futbolçunun böyük arzuları - Fotolar





A+  A-

Peşəkar futbola aparan yol da ilk növbədə topla oynamağa olan maraq və həvəsdən başlayır. Haqqında bəhs etdiyimiz Hüseynzadə Raul Vüsal oğlunun futbola həvəsi də uşaqlıqdan formalaşıb. 04.07.2011-ci ildə Bakı şəhərində anadan olan Raul Hüseynzadənin hələ ayağı yer tutmayanda oyuncaqları arasında top üstünlük təşkil edib.


Topa əlləri və ayaqları ilə toxuna-toxuna, onu evin bu güncündən o küncünə qova-qova bu yumru və rəngarəng şeyə marağı artıb.

Əyləncə kimi başlayan topa marağı isə yaşı irəlilədikcə onun üçün idmana çevrilib, davamalı olaraq milli və dünya futbolu ilə maraqlanmasına sövq edib.

Raul ilk əvvəl futbolçuların həyat və karyerları maraqlanıb, onlar haqqında məlumatlar əldə edib, kitablar, məqalələr oxuyub, oyunlarını, xüsusən də məşqlərini bir neçə dəfə izləyib.

Və beləcə futbola mararağı gündən-günə artmağa başlayıb.

Raul artıq 2 ildir futbol məşqlərinə gedir - Bakı Qalatasaray Məktəbində müdafiəçi kimi çıxış edir.

Bir neçə dəfə ölkə daxilində keçirilən yarışlarda uğurlar da əldə ediblər.



Bəzən valideynlər uşaqların istəyinə qarşı çıxaraq onları başqa fəaliyyət sahələrinə yönəltməyə çalışırlar. Sevindirici haldır ki, Raulun valideynləri də onun futbolçu kimi yetişməsində əllərindən gələni əsirgəmirlər. Onunla futbol haqqında söhbətlər edir, maraqlı oyunların videolarına baxmasına şərait yaradır, əyani vəsaitlərlə təmin edilməsinə dəstək verirlər.

Raul gələcəkdə uğurlu oyunları ilə komandasının ölkə daxili və xaricdə layiqincə təmsil etmək niyyətindədir.

Əlbəttə ki, gələcək hədəfləri bununla bitmir: Türkiyənin Qalatasaray komandasında oynamaq istəyir, bunun üçün də əzmlə çalışır.

Yusif Əli
XəzərNews.az



Xəbər 7969 dəfə oxunub.



07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!

07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +