Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


05.06.2017  16:43 

Türkiyə Superkuboku Bakıda keçiriləcək?





A+  A-

Türkiyə Superkuboku oyununun Bakıda keçirilməsi məsələsi yenidən gündəmə gəlib.
XəzərNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda “Beşiktaş”ın prezidenti Fikrət Orman məlumat verib.

Məlum olduğu kimi, Superkubok matçı çempion “Beşiktaş”la kubokun qalibi “Konyaspor” arasında avqustun 6-da təşkil ediləcək.

Orman öz mediasına açıqlamasında kuboku qazanmaları münasibəti ilə “Konyaspor”un prezidenti Əhməd Şanı telefonla təbrik etdiyini bildirib: "Bu zaman o mənə dedi ki, Superkubok oyununun Bakıda keçiriləcəyindən xəbərin varmı? Mən də xəbərimin olmadığını söylədim. Orda keçirilərsə, yaxşı olar. Azərbaycanda oynamaq istərik”.

Xatırladaq ki, son illərdə Türkiyə Superkubokunun Bakıda keçirilməsi hər dəfə gündəmə gətirilsə də, bu, heç vaxt reallaşmayıb.

Xəbər 1744 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +