03.01.2019 13:58
İntensiv yağış, güclü külək - Xəbərdarlıq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib.
XəzərNews.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 03-ü axşam arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Yanvarın 04-ü günün ikinci yarısından 05-i səhərədək cənub-qərb küləyinin arabir güclənəcəyi, yanvarın 05-də axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 04-ü gündüz, 05-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında
Yanvarın 04-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Səhər saatlarında zəif duman olacaq. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 8-10 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.
Azərbaycanın rayonlarında
Yanvarın 04-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 04-ü axşamdan 05-i səhərədək Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Xəbər 1324 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|