Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


30.01.2023  19:17 

“Azərbaycanı və Türkiyəni lüzumsuz hədəfə gətiririk“





A+  A-

"İsrail dövləti rəsmi formada İranda baş verən gecə bombardmanlarını bu saata qədər üzərinə götürməyib. Beynəlxalq mətbuatın yazdığı informasiyalar hələlik ehtimallardır, ciddi xəbərlər deyil".

Bu barədə açıqlamanı XəzərNews.az-a Azərbaycan Yüksəliş Partiyası Başqanının siyasi işlər üzrə müavini Rəşad Bakuvi verib.

Rəşad Bakuvi bildirib ki, İsraili nişan verməklə Azərbaycanı və Türkiyəni lüzumsuz hədəfə gətiririk:

"Azərbaycanı və Türkiyəni ona görə hədəfə gətiririk ki, İsrail bu iki ölkə ilə tərəfdaş, xüsusilə Azərbaycanla hərbi-siyasi müttəfiqdir. Burada İsraildən alınan dronların bazası mövcuddur. İran belə düşünə bilər ki, dronlar Azərbaycandan qalxıb və s. Ona görə də, bu məsələlər barədə danışanda insanlar ehtiyatlı olmalıdırlar. Necəsini, niyəsini burda detallı danışmağa gərək yoxdur, anlayanlar nə demək istədiyimi bilir. Bir az təmkin, bir az səbr. Bu kimi kritik zamanlarda diqqətlər və ağıllar daha çox rəsmi xəbərlərdə olmalıdır. Belə bir şey olsa, onsuz da hamımız şahidi olacağıq".

Xəbər 1228 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +