Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


10.01.2023  14:40 

ABŞ Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən narahatdır





A+  A-

“Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən çox narahatıq”.

Bu sözləri ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays deyib.

“Biz səlahiyyətliləri onları tez bir zamanda azad etməyə çağırırıq. Biz insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalırıq. Və yenə də hökuməti öz vətəndaşlarının hüquqlarını, o cümlədən sülh yolu ilə fikirlərini ifadə etmək hüququnu gözləməyə çağırırıq”, - Ned Prays bildirib.

Qeyd edək ki, B. Hacıyev dekabrın 9-da saxlanılıb və ona qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. Elə həmin gün Bakının Xətai rayon məhkəməsi Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib.

Tofiq Yaqublu isə dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb. Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib./yeniavaz.com

Xəbər 1032 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +