Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


11.05.2021  14:48 

ABŞ-da 12-15 yaş arası uşaqlar “Pfizer”lə peyvəndlənəcək





A+  A-

ABŞ Qida və Dərman İdarəsi (FDA) Amerikanın “Pfizer” və Almaniyanın “BioNTech” şirkəti tərəfindən 12-15 yaş arası uşaqlar üçün istehsal olunan koronavirus peyvəndinin istifadəsini təsdiqləyib.
XəzərNews.az xəbər verir ki, bu barədə FDA komissarı vəzifəsini icra edən Dr. Canet Vudkok açıqlama verib.

“Peyvənd yaşının genişlənməsi epidemiyanı sona çatdıracaq və bizi normal həyata qayıtmağa yaxınlaşdıracaq”,- deyə Vudkok bildirib.

O, təsdiqləmə əməliyyatı tamamlandıqdan sonra dövlətlərin payızda məktəblər açılmadan orta məktəb şagirdlərinə peyvənd verməyə başlaya biləcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ əczaçılıq şirkəti “Pfizer” 25 martda alman tərəfdaşı “BioNTech” ilə 6 aydan 11 yaşa qədər uşaqlarda “COVID-19” peyvənd sınaqlarının da başladığını elan etmişdi.

Bir müddət əvvəl isə “Pfizer/BioNTech, ABŞ-da 12-15 yaş arasında 2 260 nəfər üzərində apardığı klinik sınaqların 100 faiz effektivlik göstərdiyini açıqlamışdı.

Xəbər 1872 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +