“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


27.03.2020  12:25 

Baş Nazir: “Digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət yaxşıdır”





A+  A-

Hazırda digər ölkələrlə müqayisədə ölkəmizdə koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər nəticəsində vəziyyət yaxşıdır.
XəzərNews.az xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında bildirib.
Baş Nazir vurğulayıb ki, xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl edilməlidir və rejimin tətbiqi üzərində nəzarət gücləndirilməlidir.

"Bütün şəhər və rayon icra hakimiyyətlərinin rəhbərlərinə ən vacib tapşırıq ondan ibarətdir ki, karantinin şərtləri sözsüz icra olunmalıdır və yaşından, vəzifəsindən asılı olmayaraq, heç bir imtiyaza baxmayaraq, hamı buna əməl etməlidir. Qərargahın tələbləri tam şəkildə icra olunmalıdır. Qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən bütün lazım olan tədbirlər görüləcək", - deyə Ə.Əsədov qeyd edib.

Xəbər 2295 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +