Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


12.12.2019  12:54 

GUAM yenidən aktivləşir? – Sammit bu gün keçiriləcək





A+  A-

Gürcüstanın baş naziri Georgi Qaxariya Kiyevə 2 günlük səfər edəcək.
XəzərNews.az xəbər verir ki, Gürcüstanın hökumət rəhbəri Ukrayna prezidenti Vladimir Zelenski, baş nazir Aleksey Qonçaruk və Radanın spikeri Dmitri Razumkovla görüşəcək.

Maraqlıdır ki, 2 günlük səfər zamanı GUAM-a (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) üzv ölkələrin hökumət başçılarının sammitinin keçirilməsi də nəzərdə tutulur. Demokratik və iqtisadi inkişaf xidmət edən təşkilatın sammitinin açılışı Kiyevdə baş tutacaq.

Gürcüstanı baş naziri Georgi Qaxariya, Moldovanı baş naziri İon Kiku və Azərbaycanı isə baş nazirin müavini Əli Əhmədov təmsil edəcək. İclasın bu gün saat 15:05-də Ukrayna Nazirlər Kabonetinin klubunda keçirilməsi gözlənilir.

GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə təşkilatı 1997-ci ildə yaradılıb. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən təşkilata 1999-2005-ci illərdə Özbəkistan da üzv olub.

Xəbər 1756 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +