“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


09.03.2022  10:08 

Zelenskinin etirafları: Ukrayna geri çəkilir?





A+  A-

Ukrayna prezidenti Vladimir Zelenski Britaniya parlamentinə müraciətində NATO-nu fəaliyyətsizlikdə günahlandırıb.

XəzərNews.az xəbər verir ki, Zelenski təhlükəsizlik məsələlərinin Avropada yenidən qurulmasının vacib olduğunu bildirib:

"Biz NATO ölkələrinin iclasını dinlədik. Mən heç kimi incitmək istəmirəm. Biz hiss etdik ki, ittifaqlar işləmir. Hətta Ukrayna səmanı belə bağlaya bilmirlər. Ona görə də Avropada təhlükəsizlik təminatlarını sıfırdan qurmaq lazımdır”.

Ukrayna prezidenti ölkəsinin NATO-ya qəbulu məsələsindən “soyuduğunu” bildirib.

Zelenski deyib ki, mən uzun müddət əvvəl NATO-nun Ukraynanı qəbul etməyə hazır olmadığını anladıqdan sonra bu məsələdən soyudum, alyans Rusiya ilə ziddiyyətlərdən və qarşıdurmadan qorxur.

O, həmçinin vurğulayıb ki, Kiyev heç nə üçün Brüsselə “diz çöküb yalvarmayacaq”.

Xatırladaq ki, “ABC” telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski Krımı Rusiyanın bir hissəsi, qondarma DXR və LXR-i isə müstəqil respublika kimi tanımaq olarmı sualını cavablandırarkən danışıqlara razı olduğunu bildirib:

“Biz Rusiyadan başqa heç kimin tanımadığı müvəqqəti işğal olunmuş ərazilər və tanınmamış respublikalarla, bu psevdorespublikalarla bağlı məsələləri müzakirə edə, bu ərazilərin gələcək taleyi ilə bağlı kompromis (qarşılıqlı güzəştlər nəticəsində əldə olunan razılıq) tapa bilərik, lakin təslim olmayacağıq. Mənim üçün ən önəmlisi Ukraynanın bir hissəsi olmaq istəyən insanların bu ərazilərdə necə yaşayacaqlarıdır. Ukraynada kim deyə bilər ki, həmin tələbləri qəbul etmək istəyir? Məsələ tanınma məsələsindən daha mürəkkəbdir. Bu, növbəti ultimatumdur. Lakin biz ultimatumları qəbul etməyə hazır deyilik”.

Zelenski həmçinin Vladimir Putini danışıqlara başlamağa və dialoq qurmağa çağırıb.


Xəbər 1696 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +